Sona Abbasəliqızı:ATAA bundan sonra da ölkənin turizm maraqlarından çıxış edəcək

 ATAA bundan sonra da ölkənin turizm maraqlarından çıxış edəcək 

GÖYDENİZ QEHREMANOV ATAA YÖNETİM KURULU BAŞKANLIĞINA SEÇİLDİ.


GÖYDENİZ QEHREMANOV ATAA-nın İDARE HEYETİNİN SEDRİ SEÇİLDİ.

Ölkəmizin iqtisadi inkişafını təmin etmək məqsədilə bir neçə əlaqədar təşkilatlar yaradılmışdır. Tam səmimi etiraf edək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası da bu təşkilatlardan biridir. Məlumat üçün bildirək ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 2019-cu il mart ayının 28-də təsis edilib və iyun ayının 27-də geniş ictimaiyyətə təqdim olunub. Assosiasiya bir neçə fərqli və dayanıqlı inkişafı təmin edəcək məqsəd və missiya üzərində qurulub. Qurumun əsas fəaliyyət istiqaməti Azərbaycanın yeni turizm sənayesinin formalaşmasında aktiv iştirak etmək, Azərbaycanın turizm sənayesinin vahid standartının formalaşdırılmasını, sistemləşdirilməsini, üzvlərin maraqlarının qorunmasını təmin etməkdir. 

Eyni zamanda turizm agentliklərinin vahid platformasını yaratmaq, turizm agentlikləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, proqramlar, turizm məhsulları və servis xidmətlərinin keyfiyyətini artırmaqdır.

Zakir Kaya Kitaplarının 2.Baskısı çıktı iletişim kurmak için tıklayınız.

Bundan başqa adıçəkilən Assosiasiya, Azərbaycanın milli turizm brendinin dünyanın turizm bazarlarına təşviqinə dəstək verməyi, üzvlərin beynəlxalq turizm bazarlarında fəaliyyətinə köməklik göstərməyi, eyni zamanda milli turizm sərgi və festivalların təşkilini həyata keçirilməsində aktiv iştirak etməyi qarşısına məqsəd qoyub.

Qurumun fəaliyyətində marifləndirmə işinə və təlimlərin keçirilməsinə də xüsusi yer ayrılıb. Bu baxımdan təhsil və sosial proqramların yaradılması, regionlarda turizm festivallarının təşkili və təbliği  prioritet istiqamətdir. Bütün bu işlərin həyata keçirilməsi üçün Assosiasiyada iki idarə orqanı fəaliyyət göstərir. İdarə Heyəti və Ekspertlər Şurası. İdarə Heyətinin tərkibində 4 fəaliyyət bürosu (Xarici Əlaqələr Bürosu, Layihələr və Stategiyaların idarə olunması bürosu, İctimai Əlaqələr Bürosu və Texniki Təşkilati Büro) fəliyyət göstərir.

Assosiasiya öz ətrafında sırf peşəkarlardan formalaşan üzvlər toplamağa başlayıb. Bu gün artıq ATAA-nın  Azərbaycanın turizm bazarında öz fəaliyyəti, peşəkarlığı və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından bacarıqlı və peşkar üzvləri var. 

ATAA, Dövlət Turizm Agentliy, Azərbaycan Turizm Bürosu, Azərbaycan Hotell Assosiasiyası, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası, Azərbaycan Hava Yolları, Turkish Airlines (Türk Hava Yolları), “Air Astana” hava yolları şirkəti və “Buta Airways” hava yolları şirkətləri ilə tərəfdaşlıq edir. Eyni zamanda  Kiçik və Orta  Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın üzvüdür.

Bundan başqa ATAA, Böyük Britaniyanın “Travelport” şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə də əməkdaşlıq edir. Qısa zaman ərzində assosiasiya ölkənin turizm imkanlarının tanıdılması və təbliği, xarici turizm təşkilatları ilə əlaqələrin genişləndirilməsi istiqamətində də bir neçə xarici təşkilat və assosiasiya ilə sazişlər imzalayıb.

ATAA Azərbaycanda turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq imkanlarının genişləndirilmsi məqsədi ilə Vyetnamın Kuanqnam vilayətinin Xalq Komissiyası, Mərkəzi Asiyanın Turizm Sənayesi Assosiasiyası, Gürcüstanın Tbilisi şəhərində Gürcüstan Turizm Assosiasiyası,Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi, Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair  iki tərəfli sazişlər imzalayıblar.

Assosiasiyanın BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasında təşkilata assosiativ üzvlüyə namizədliyi qəbul edilib.

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İkinci Baş Assambleyası baş tutub. Tədbirdə Assosiasiyaya üzv 100-ə yaxın turizm şirkəti iştirak edib. Assambleya zamanı İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib. ATAA sədri Rüfət Hacıyev Assambleya iştirakçılarına hesabat təqdim edərək Assosiasiyanın bu illər ərzində gördüyü işlər barəsində ətraflı məlumat verdikdən sonra Nizamnaməyə uyğun olaraq növbəti 2 il üçün Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanovun namizədliyini irəli sürüb. Üzvlərin yekdil səsverməsi nəticəsində Göydəniz Qəhrəmanov Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri seçilib. 

Göydəniz Qəhrəmanov Assosiasiyanın mümkün vasitələrdən və imkanlardan istifadə edərək ölkə turizminin bərpasında və inkişafında, eləcə də dünyaya tanıdılmasında aktiv fəaliyyət göstərəcəyini bildirib. O, Assosiasiya olaraq bundan sonra da turizm agentlikləri arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına çalışacaqlarını, üzv şirkətlərin maraqlarının qorunmasını təmin edəcəklərini deyib. O, həmçinin Assosiasiyaya yarandığı gündən böyük dəstək göstərən Dövlət Turizm Agentliyinə və Azərbaycan Turizm Bürosuna təşəkkürünü bildirib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bundan sonra da ölkənin turizm maraqlarından çıxış edəcək, formalaşan turizim sənayesinin inkişafında aktiv və effektiv fəaliyyətimizi davam etdirəcək.


Sona Abbasəliqızı

Yorum Gönder

0 Yorumlar